Va aleykum Salam. Ümumən islamda Raşidi xəlifələri dörd nəfərdir. Onlar Allah elçisindən (salləllahu aleyhi və səlləm) sonra ümmətin ən üstün insanlarıdır (Allah onlardan və bütün səhabələrdən razı olsun).
Va aleykum Salam. Quran və Sünnədə Allahın adlarını qeyd etdiyiniz kimi müəyyən saylarda deməyə aid səhih bir dəlil olmadığı üçün bu əməl bidət (dində yenilik) sayılır və ondan çəkinmək lazımdır. Uca Allah buyurur: "Ən gözəl adlar (əsməul husnə) Allahındır.
Aleykum Salam. Qeyd etdiyiniz hal günah olmasa da, oruc olarkən mübahisədən, pis sözlər danışmaqdan çəkinmək lazımdır. Bu hal orucu batil etməsə də, savabını azaldır. Həmçinin haqlı olaraq mübahisədən çəkinmək Cənnətin ən yüksək mərtəbəsinə nail olmaq üçün bir səbəbdir.
Va aleykum Salam. Allaha çoxlu dua edin ki, sizə şəfa versin. Əgər qeyd etdiyiniz vəziyyət tibbi xəstəliklə əlaqədar deyilsə, burada yazılanları edin:
Cadu və vəsvəsədən necə qorunmaq olar?
Va aleykum Salam.
1. Bəli, namazda ən-Naziat surəsini 12-ci ayəyə qədər, yaxud ondan az və ya ondan çox da oxumaq olar.
İncil və Tövrat kitablarını alıb oxumaq olarmı?
Tövrat və İncil təhrif olunmuşdur
Va aleykum Salam. Bu dünya sınaq meydanıdır, lakin hər şeyi də Allahın cəzası kimi qəbul etmək səhvdir. Uca Allah buyurur: "...Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, görək səbir edə biləcəksinizmi?..". (əl-Furqan, 20).
Va aleykum Salam. Ümumiyyətlə dəstəmaz əzalarının tam şəkildə yuyulması üçün dəstəmazda önəmli olan hallardan biri məqamında iki əldən istifadə edilməsidir. Ona görə də əgər heç bir zəruri və istisna hal yoxdursa, dəstəmazın alınmasında əsas qayda odur ki, üzü iki əli ilə yuyasan.
Va aleykum Salam. Ümumiyyətlə, hansı formada hicab geyinməsindən asılı olmayaraq müsəlmanın içki, musiqi verilən, kişi və qadınların bir-birinə qarışdığı toy məclislərində iştirak etməsi qadağandır. Daha ətraflı:
Va aleykum Salam. Valideynlərə edilən yaxşılıq Allahın razılığını və Cənnəti qazanmağın ən böyük səbəblərindəndir. Sizə bu cür fürsət düşübsə, səbr edərək ondan maksimum dərəcədə yararlanmağa çalışın.
Və aleykum salam. "Cəbrayıl hədisi" kimi tanınan hədisdə imanın üç mərtəbəsi olduğu deyilmişdir: müsəlman, mömin və muhsin. Hədisdə deyilir:
Va aleykum Salam.
1. "Ölü üçün yeməyə ad salmaq" ifadəsini başa düşmədik.
Quranın Allah sözü olmasının sübutları
İslam - tək haqq dindir!
Va aleykum Salam. Bəli, əgər ərinizin həmin şeyləri sizin üçün almağa imkanı varsa, ona görə sədəqə savabı qazanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd fəzilətli dinar vardır.
Boyunda yaranan dəri xəstəliyinə görə hicabı açmaq olarm?
Hicab - azadlıqdır!
Va aleykum Salam. Belə hallarda bacardığnız şəkildə dəstəmaz ala bilərsiniz və bunda bir günah yoxdur. Uca Allah buyurur:
Va aleykum Salam. Həddi-büluğa çatmayanlara qüsl almaq lazım deyil. Ancaq həddi-büluğ yaşına çatdıqdan sonra qüslü vacib edən hallardan hər hansı biri baş verərsə, o zaman qüsl almaq lazım gələcək.
Va aleykum Salam. Bəli, ümumən xeyir işə vasitəçi olan həmin xeyir əməli edən qədər savab qazanır. Bu barədə Uca Allah buyurur: "Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər.
Salam aleykum. Başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir.
Va aleykum Salam. Hava proqnozuna inanmaq olar. Bunun falçılıqla və ya qeybdən xəbər verməklə əlaqəsi yoxdur, çünki bu proqnoz təcrübədən keçmiş elmi üsullara və faktlara əsaslanır.
Va aleykum Salam. Bu cavabı oxuyun: Hansı məzhəb düzgündür?
Va aleykum Salam. Tək halda və ya camaat namazında imamın arxasında namaz qılan özü eşidəcək dərəcədə təkbirləri səsli deyə bilər. Camaat namazına imamlıq edənin isə camaatın eşitməsi üçün təkbirləri səslə deməsi sünnədir. Həmçinin oxuyun:
Va aleykum Salam. Bəli, dinimizdə qeyd etdyiniz əməl mövcuddur. Osman ibn Əbu əl-Asdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu!
Va aleykum Salam. Namazda səcdələrin sayını unudan kimsə əmin olduğu sayı əsas götürməlidir. Beləliklə də, daha az sayda olanı müəyyənləşdirməklə namazına davam etsin və namazın sonunda salamdan əvvəl iki dəfə səhv səcdəsi eləsin. Salamdan sonra da səhv səcdəsi etsə qəbahət deyil.
Və aleykum Salam va rahmatullahi və bərakətuhu. İçki, narkotik və digər sərxoşedici şeylərin az miqdarda qəbul edilməsi də haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Çoxu sərxoş edən hər bir şeyin azı da haramdır...".
Va aleykum Salam va Rahmətullah. Kişilərə kətan parçadan paltar geyinmək qadağan deyil və bunu haram edən hər hansı bir səhih dəlil də yoxdur. Kişilərə ipək parçadan paltar geyinmək isə qadağan edilmişdir.
Va aleykum Salam.
1. Ümumiyyətlə qadınlar istər məhrəm istərsə də naməhrəm kişinin arxasında (naməhrəm kişi və qadın təklikdə qalmadıqları halda) namaz qıla bilərlər. Daha ətraflı:
Va aleykum Salam. Hər bir müsəlman həm dini elmi öyrənərək Allaha şərik qoşmamalı, həyatını onun buyurduğu kimi yaşamalı, həm də dünyəvi elmləri öyrənərək yaşadığı cəmiyyətə fayda verməlidir.
Salam aleykum. Qüsl aldıqdan sonra pozulana qədər Qurani-Kərimi ələ alıb oxumaq olar. Ancaq heyz və cənabət halında Quranı ələ götürərək oxumaq olmaz, əzbərdən oxumaq, həmçinin dua və zikr etmək olar. Daha ətraflı:
Va aleykum Salam. Allaha dua edirik ki, sizi İslam üzərində sabit etsin, başda namaz olmaqla xeyirli əməlləriniz sayəsində sizə dünyada və axirətdə gözəlliklər nəsib etsin və həmçinin hər zaman onun dinini yaşamağa, onun əmr və qadağalarını öyrənməyə belə həvəsli olasınız.
Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.
Va aleykum Salam. Ümumən islamda uşağa ad qoymaq məsələsi valideynlərin xüsusən də atanın üzərinə düşən vəzifədir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır".
Va aleykum Salam. Bəli, ümumiyyətlə ibadətin istənilən növündə niyyəti dil ilə təlləffüz etmək icazəli deyil. Dinimizə görə niyyətin yeri qəlbdir, bunu dil ilə tələffüz etmək isə dində yenilikdir.
Salam aleykum. Bəli, bəzi mənbələrdə Məhəmməd peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhər və axşam gündə iki dəfə yemək yediyi bildirilib. Ancaq bu o demək deyil ki, bu şəkildə qidalanmaq sünnədir.