20-11-2017
Assalamu alrykum.Peygember sallallahu aleyhi ve sellem kebin kesende dua oxuyur. O duanin deyilisini yaza bilersiz?
Cavab:

Va aleykum Salam. Bu dua "Xutbətul-Hacəh" adlanır. Daha ətraflı: Xutbətul Hacə duası

ardını oxu
20-11-2017 Musa
Salam, Qaraçuxa haqqında sual vermek isteyirem ne demekdir ve meleymidir
Cavab:

Va aleykum Salam. Xeyr, "qaraçuxa" mələk deyil. Daha ətraflı bu cavabı oxuyun: El arasında Qaraçuxa deyilən kimdir? 

ardını oxu
19-11-2017
Salam Alekum. Bir qadin birini sevirse ve hemen sevilen kisi qadini sevmirse hansi duani oxumalidir
Cavab:

Va aleykum Salam. Dinimizdə sevgi üçün xüsusi bir dua yoxdur. Kişinin qadını və qadının da kişini sevməsi qəlb məsələsidir. Siz Uca Allaha dua edin ki, sizə xeyirli olanı nəsib etsin. Bundan əlavə istixarə də edə bilərsiniz. Daha ətraflı: 

ardını oxu
19-11-2017
salam usaga istediyi ad vermek ucun hansi dua edilmelidi
Cavab:
Va aleykum Salam. İslamda uşağa ad verərkən hər hansı bir duanın edilməsi buyurulmayıb. Əsas şərt odur ki, qoyulan adların mənası pis olmasın. Həmçinin oxuyun:
Uşağa ad qoymaq barədə
ardını oxu
19-11-2017
Salam əleykim. 3 gün bundan qabaq 18 yaşlı dostum qhamamda qazdan bogulub rəhmətə getdi. Mən bir türk kanalında esitmisdim ki əgər Allahdan gələn bir hadisə ilə dünyasın dəyişərsə o şəhid sayılır və cənnətinə qəbul edir.Sizcə elədimi ? Çox xaiş edirəm sualımı cavablandırardız. Xaiş edirəm.
Cavab:
Va aleykum Salam. İslamda şəhidliyin növləri arasında suda boğularaq dünyasını dəyişən müsəlmanların şəhid olması haqda səhih hədislər var. Lakin qazdan boğulmağın buna aid edilib-edilməməsi haqda məlumatımz yoxdur. Daha ətraflı:
ardını oxu
19-11-2017
Salam.Mənim işimlə əlaqədar olaraq zöhr və əsr namazlarını qıla bilmirəm vaxtından əvvəl da qılmaq günahdır bildiyimə görə.Sadəcə sübh ,axşam və işa namazlarını qılıram.2 namazı qılmamaq günahdırmı?
Cavab:
Va aleykum Salam. Heç bir halda fərz namazlardan biri olsa belə tərk etmək və ya qəzaya buraxmaq olmaz, çünki bu böyük günahlardan sayılır.
ardını oxu
19-11-2017 Gulnar Alıyeva
Salam, men her gun namazı vaxtında qıla bılmırem. Namazı birleşdırmek nece olur Ve en esas sualım budur kı, namazı bırlesdırerken evvelde ne deyilir?
Cavab:
Va aleykum Salam. Namazları iki halda birləşdirmək olar. Birinci hal səfərdə olarkən, ikinci hal isə zərurət halıdır.
ardını oxu
19-11-2017 Vüqar
Salam mənim sizə sualım tatuaj ilə bağlı olacaqdı. Xına ilə edilən tatuaj dəstəmaza və qüsla maneədirmi?
Cavab:
Va aleykum Salam. Xına dərinin üzərindən suyun keçməsinə mane olmadığına görə qadınların xına ilə əllərinə müəyyən naxışlar çəkməsi dəstəmaz və ya qüsl almağa maneə deyil. Həmçinin oxuyun:
ardını oxu
19-11-2017 Şahin
Salam aleykum və rəhmətulahu və bərəkətu qurani kərimdə neçə çür namaz qılmağ buyrulub
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Qurani-Kərimdə fərz namazlar, bəzi nafilə, bayram və digər namazlar haqda ayələr var.
ardını oxu
19-11-2017
meherremlik ayinda ev satib teze eve kocmek olar.?
Cavab:
Salam aleykum. Məhərrəm ayında da digər aylardakı kimi ev alıb-satmaq, evə köçmək, toy eləmək, halal ticarət eləmək və s. olar. Bunu qadağan edən hər hansı bir səhih şəri dəlil yoxdur. Hər hansı bir ayın, günün və ya başqa bir şeyin uğursuz olması haqq deyil.
ardını oxu
19-11-2017 Elvin
salam men kebinli bir qadinla yawayiram Namaz qilmaq isteyirem qadin bowanmiwdi uwaqlarida gizlin yawayiriq onun ailesi bilir menim ailem bilmir bu gunahdir bele yawamaq Namaza bawlasam cinsi elaqe olsam gunah sayilacaq
Cavab:
Va aleykum Salam. Dul və ya boşanmış uşaqlı qadınla evlənmək qadağan deyil. Ancaq qadın istər bakirə, istər boşanmış, istərsə də dul olsun, vəlisinin (atası, olmasa qardaşı, olmasa əmisi və s.) icazəsi olmadan ərə gedə bilməz.
ardını oxu
19-11-2017 Aygun
salam sulaim beledi ki namaz qilan bir insan daha sonra namazi buraxir yeniki qilmir o obiri dunyada cezalanacaqdir?cvblandirin xahw edirem
Cavab:
Va aleykum Salam. Namazı tərk etmək böyük günahdır, lakin namazı tərk etmək əksər hallarda insanın düşdüyü mühitdən və imanın zəifliyindən irəli gəlir. Ona görə namaz qılan kəs imanını artıracaq və dinində sabit qalacaq səbəblərdən tutunmalıdır.
ardını oxu
19-11-2017 Samir
As salamun Aleykum.Menim maasim 600-1000 azn arsi deyisir.Bu maasin zekatin nece hesablamaq lazimdir?
Cavab:
Va aleykum Salam. Zəkat - 595 qram gümüş və ya 85 qram qızıl və ya bu miqdardan çox olan, ən azı bir il azalmamaq şərtilə yatan və ya dövriyyədə olan pula görə kasıblara paylanılan məbləğdir. Bu da malın 2.5 faizi və ya qırxda biri qədər pul edir.
ardını oxu
18-11-2017
zina etdikdən sonra peşman olub dinə qayıtdıqdan sonra hicab bağlamaq günahdırmı
Cavab:
Va aleykum Salam. Hicab bağlamaq vacib və savab əməldir. Allahın tövbə qapıları hər kəsin üzünə açıqdır.
ardını oxu
18-11-2017
Salam mənim solım o imkanlı insan menen el çekmrse neynemeliyem meni her görende deyirse yataq nə vaxta kimi yox diye bilerem əl çekmir o menimi nece isdiyirmi məni o insan yoxsa kef üçünmü edir mən quran açtrdım bu veziyetmi danşdım qurandada çıxdkı əl çəkən döylü o imkanlı insan menen bir yol görs
Cavab:
Və aleykum Salam. Siz zina etdiyinizə görə tövbə edin və bir daha bu günaha qayıtmayın. Çalışın ki, o insanla heç bir əlaqə saxlamayasınız. Həmçinin oxuyun:
Zina və ondan necə qorunmaq haqqında
ardını oxu
18-11-2017 Hüseyn Məmmədzadə
Salam aleykum. Menim yoldaşım namaz qılırdı ancaq indi daha qılmaq istemir. Deyir ki vaxtında qila bilmirem, qeza yığılır ve yorğun oluram deye qilmaq istemirem. Men ne qeder desemde deyir meni mecbur eleme. Zehmet olmasa mene deyerdiz nece onu namaza qaytarım.
Cavab:
Va aleykum Salam. İslam dini asan dindir. Uca Allah namazı asanlaşdırmışdır. Daha ətraflı:
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
ardını oxu
17-11-2017
Salam. İndidən təşəkkür edirəm. Mənim sizə bir sualım var? Men namaz qılıram. 15 yaşım var. Ve elbetdeki hazirlıqlarada gedirem birden olur ki çatdıra bilmirem və təkcə fərz namazlarını qılıram buna göre heç nə olmazki?
Cavab:

Və aleykum Salam. Bu vəsvəslərə fikir verməyin. Uca Allahın vacib buyurduğu namazlar, gündəlik beş vaxt fərz namazlarıdır.

ardını oxu
17-11-2017 Qafar
Essalamualeykum men 8 ile yaxindi ki Evliyem evladim olmur ve hekimler oz bedeninde suni mayalama meslehet gorur bunu etdirmek olarmi ?
Cavab:

Va aleykum Salam. Qadın yalnız ərinin spermasından süni mayalanma etdirə bilər. Başqasının spermasından istifadə edərək mayalanmaq isə zina sayılır. Daha ətraflı:

Süni mayalanma etmək olarmı?

ardını oxu
17-11-2017
Salam Aleykum.Destemaz aldiqdan sonra namehrame bilmeyerekden toxunduqda destemaz pozulurmu?Ve ya bilerek yaxudda marsutda mecbur qalaraq ve ya qohumlarla gorusdukde. Cox xahis edirem etrafli cavablandirasuz. Evvelceden tesekkur edirem. Allah razi olsun sizden.
Cavab:
Va aleykum Salam. Bilərəkdən və ya bilməyərəkdən naməhrəmə toxunmaq və ya onunla danışmaq dəstəmazı pozmur. Həmçinin oxuyun:
Dəstəmazı pozan amillər 
ardını oxu
17-11-2017 Samil
Salam.Uzun bir yolu 8 saat piyada gedb Bibiheybeti ziyarete getmek isteyirem.Bilmek isterdim bunun savabi varmi?
Cavab:

Və aleykum Salam. Pirlərə getmək günahdır. Belə yerlərə nə piyada, nə də maşınla getmək olmaz. Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

ardını oxu
15-11-2017 salam
Salam.Qeybet etmekden nece cekinmek olar? Meherremlik ayinda sac kesdirmek olar? EVVELCEDRN TESEKKURLER.
Cavab:
Va aleykum Salam.
1. Bu cavabları oxuyun:
Qeybət etməkdən necə xilas ola bilərəm?
ardını oxu
15-11-2017
Salam aleykum.Men evliyem heyat yoldaşımla arxadan öz rzası ile olsam günahmıdır?Zehmet olmazsa cavab yazardınız.Teşekkürler.
Cavab:
Va aleykum Salam. Dinimizdə qadınla onun razılığı olsa da belə, arxadan cinsi əlaqəyə girmək haramdır. Hər kim Uca Allahın haram buyurduğu bu əməlli edərsə, tövbə etməlidir. Daha ətraflı:
ardını oxu
15-11-2017 Sevda
Salam aleykum. Müsəlman qadın ərinin qardaşı oğulları və bacısı oğulları yanında hicabını aça bilər? Bu sualı kimə versəm deyirki aça bilər, ama mənə dəlil lazımdır bu mövzu barədə. Çünki əmin ola bilmirəm. Siz bunu mənə dəqiqliklə dəlili ilə açıqlasız sevinərəm.
Cavab:

Və aleykum Salam. Qadın ərinin qardaşı oğlanları və ərinin bacısı oğlanları qarşısında hicabını aça bilməz, çünki onlar naməhrəm sayılır. Həmçinin oxuyun:

Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?)

ardını oxu
15-11-2017 Ruslan
Salam bir sual verim zəhmət olmasa cavab verərdiz! Bir qadin hamilədirsə ona cinsin münasibət üçün yaxınlaşmaq olmaz. Və bu təxmini 4-5 ay cəkir bəs bu müddətdə kişi özünü necə saxlasin zinada olmaz bəs masturbasiya necə olar?
Cavab:
Və aleykum Salam. Hamilə qadınla ərinin yaxınlıq etməsi qadağan deyil. Amma həkim hamiləlik dövründə qadının əri ilə yaxınlıq etməsinin zərərli olacağını deyərsə, səbir etməlisiniz. Həmçinin oxuyun: 
ardını oxu
15-11-2017
Salam aileliem 1 oğlumda var yoldaşım evvel istediyi qıznan danışır hemin qızda ailelidi onunda bir oğlu var bu ne qeder duzgundu
Cavab:
Va aleykum Salam. İstər evli, istərsə də subay olsun, heç bir üzürlü səbəb olmadan naməhrəmlərlə danışmaq haramdır. Daha ətraflı:
ardını oxu
15-11-2017 nmn
Salam.Eger bedenden çixan qan sonradan dərinin üstünde qalib quruyubsa bu halda namaz qılmaq olar?
Cavab:
Va aleykum Salam. Qan murdar deyil. Onun üstünüzdə qalması namazı batil etmir, amma bu qan ləkəsini təmizləmək lazımdır. Əgər paltarda və ya bədəndə qan ləkəsi varsa, bacardığınız qədər təmizləyin. Ancaq təmizləyə bilmədiyiniz ləkələrin sizin dəstəmaza və ya namaza təsiri yoxdur.
ardını oxu
15-11-2017 nezrin
Rehmete geden insancun hansi süre oxunmalidir ki obiri dünyada yeri rahat olsun. Xahiw edirem sualima cavab verin
Cavab:
Salam aleykum. Dünyasını dəyişən müsəlman üçün Quran surələrini oxumaq buyurulmamışdır. Ölən insanın bağışlanması üçün Allaha dua etmək lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də onun zamanında vəfat etmiş müsəlmanların bağışlanması üçün dua etmişdir.
ardını oxu
15-11-2017
usaga babasinin adi qoymaq ne derecede dogrudu anasi istemirse qoymaq
Cavab:
Salam aleykum. Əgər babasının adı dinə zidd, mənası pis deyilsə, onda həmin adı uşağa qoymaqda bir maneə yoxdur.
ardını oxu
15-11-2017
Olü yiyəsinə allah atanıza (ananıza), ya atanızı(ananızı) rəhmət etsin demək lazımdır???
Cavab:

Salam aleykum. Ölən hər bir müsəlman üçün "Allah rəhmət eləsin" şəklində dua etmək və övladlarına başsağlığı vermək olar. Bu, duadır və belə deməkdə heç bir qadağa yoxdur. Hətta başına müsibət gələn müsəlmana təsəlli vermək savabdır.

ardını oxu
15-11-2017 Gülnarə
Salam aleykum.Peyğəmbərimiz neçə döyüşdə iştirak edib?
Cavab:

Və aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bəzi mənbələrə görə 27, bəzilərinə görə isə 29 döyüşdə iştirak edib. Bunlardan yalnız 9 - da özü şəxsən döyüşmüşdür.

ardını oxu
15-11-2017 *****
Namaz qilanda casdin meselen sozun birini sef dein Namaz pozulur?o anda ne etmelisen?
Cavab:
Salam aleykum. Namazın sözlərini bilmədən səhv demək namazı pozmur. Səhviniz namaz əsnasında yadınıza düşsə, səhv səcdəsi edin. Daha ətraflı:
ardını oxu
15-11-2017 İmran
Salamun əleykum cammat namazının niyyəti necə olur ???
Cavab:
Va aleykum Salam. Camaat namazında da niyyət, adi namazlarda olduğu kimidir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və səhabələri (Allah onlardan razı olsun) niyyəti dil ilə deməyiblər, niyyətin yeri qəlbdir.
ardını oxu
15-11-2017 Teymur
As salamu aleykum. Bildiyiviz kimi zohr namazi 6 ruket sunnet ve dord riket farzdan ibaretdir. Eger men mescidde zohr namazin sunnetini qiliramsa, ve imam camaatla farzini qilmaqa bawliyirsa men ne etmeliyem? Kecen defe bilmedim neyniyim ve sunnet namazi yarimciq pozub camaata birlewdim.
Cavab:

Və aleykum Salam. Siz düzgün etmisiniz. Belə ki, fərz namazı qılmaq üçün iqamə verilirsə, siz sünnəni tərk edib camaatla qılınacaq fərz namazına qoşulmalısınız.

ardını oxu
15-11-2017 agayeva
Salam men her gun zikir edirem namzda qiliram. Ayileli oldugumdan qaynana qaynata oldugundan vaxd mehdudiyyyeti var.
Cavab:
Və aleykum Salam. Namazları qəza etmək günahdır. Yalnız bəzi hallarda Zöhrlə Əsri, Məğriblə də İşanı birləşdirmək olar. Çalışın namazları vaxtında qılasınız. Zərurət halında isə birləşdirə bilərsiniz. Daha ətraflı: 
ardını oxu
15-11-2017 Elif
Salam qizima Irem adini vermek isteyirem. Ancaq arashdiriram menasini her kes bir cur aciklayir.Quranda adi kecen Irem in anlami nedir? Bu adi ovlada qoymaqda bir problem varmi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
15-11-2017 Qqq
Kalqotkanin ustunden destamaz almaq olarmi?
Cavab:
Salam aleykum. Əgər səhər ayağınızı yuyub dəstəmaz almısınızsa, gün ərzində dəstəmaz alanda ayağınızı yumaq əvəzinə ayağnızın üzərinə məsh çəkə bilərsiniz. Bir şərtlə ki, kalqotkadan ayağın dərisi görsənməsin. Həmçinin oxuyun:
ardını oxu
15-11-2017
Salam Aleykum 1.Rəhmətə gedən biri üçün namazı necə qılırlar? 2.Hər hansı bir daşın (ametist,ay daşı və s)bizə uğur gətirdiyinə inanmaq nə dərəcədə düzdür? Təşəkkürlər
Cavab:
Va aleykum Salam.
1. Bu cavabları oxuyun:
Cənazə namazı necə qılınır?
ardını oxu
15-11-2017 rövşən
selam aleykum. qebr dasinda resm olmaqi mekruhdur yoxsa caiz?
Cavab:

Va aleykum Salam. Şəkil çəkmək qadağan olduğuna görə, onu qəbir daşının üstünə də çəkmək olmaz. Həmçinin, qəbir daşı ən çoxu bir qarış hündürlüyündə olmalıdır. Daha ətraflı:

ardını oxu
15-11-2017 Aygun
Salam aleykum.Ana betninde dusen usaq axiretde valideyinlerine sefaetci olurmu?ruseyim olsa bele.
Cavab:
Va aleykum Salam. Körpə hamiləliyin dördüncü ayından sonra tələf olubsa, Allahın izni ilə həmin uşaq Qiyamət günü şəfaətçi olacaqdır. Çünki, artıq o, insan sayılır. Dörd aydan qabaq tələf olan uşağa görə valideynlər səbr etdikləri təqdirdə savab qazanırlar. Həmçinin oxuyun:
ardını oxu
15-11-2017
40 yasinda Dayim rehmete gedib.. toy elemek ucun ne qeder muddet gozlemeliyem..?
Cavab:

Salam aleykum. İslam şəriətində üç gündən artıq yas saxladıqdan sonra hər hansı bir xeyir iş üçün gözləmə müddəti göstərilməmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfər ibn Əbu Talibin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi.

ardını oxu
15-11-2017 Anar
Salam. Namaz vaxtı çıxmamış namaza başlasaq və namaz qılarkən namazın vaxtı çıxarsa namaz batil olur? Əvvəlcədən təşəkkürlər!
Cavab:

Va aleykum Salam. Səhih hədislərə əsasən kim namazın vaxtı çıxmamış namaza başlayar və namaz əsnasında namazın vaxtı çıxarsa, onun namazı səhihdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim günəş çıxmadan öncə Sübh namazının bir rükətini qılarsa, Sübh namazına çatmışdır.

ardını oxu
15-11-2017 samirden
salam aleykum size bir sualim.var in se Allah buxaride hedis var.1237.ebu zer ra revayet eleyir ki peygeber Sallallahu aleyhi ve sellem diyib ki Ummetimnen kim.Allaha sirk qosmuyib olerse cennete daxil olar sehabe diyir zina etmiw ve ogruluq etse bele beli .bunu aciklamasi nedi inwa Allah
Cavab:
Va aleykum Salam. Əbu Zərr (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ya­nı­na gəldim. (Həmin vaxt) o, üstünə ağ örtük sərib yatmışdı. Ar­tıq o, oyan­mışdı.
ardını oxu
15-11-2017 Reşad
Salam , məni din barədə bir sual maraqlandırır , daha doğrusu ibadət yeri olan meçidlər haqda Sual belədir: meçidin gümbəzi nəyi bildirir yəni nəyin rəmzidir , və nəyə görə çöldən rəngi göy rəngdədir ? Yəqin xatırlayırsız ki əvvəllər bakıdakı bütün meçidlərin gümbəzləri çöldən göy rəngdə idi , s
Cavab:

Va aleykum Salam. Bu, məscid tikintisində müsəlman memarların seçimi olmuşdur. Yəqin ki, o vaxtlar bir memarlıq nümunəsi olaraq böyük binalarda sütünlardan az istifadə etmək üçün gümbəz qurmaq ən yaxşı üslub sayılırdı.

ardını oxu
15-11-2017
Salam.Qurani Kerimde "Canina qesd eden bizden deyil"ve ya bunun kimi ayeler var?
Cavab:

Va aleykum Salam. Qurani-Kərimdə sizin dediyiniz kimi olmasa da, ümumiyyətlə özünü öldürməyi qadağan edən ayə var. Uca Allah buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin.

ardını oxu
15-11-2017 Arifə
As salam aleykum ve rehmetullahi ve bereketuh. ALLAHın izni ile sizin sayenizde bilmediklerimizi burdan öyrenirik. ALLAH sizden razı olsun ve sizi xeyirle mükafatlandırsın.əmin. Sualım beledir; iki ve ya daha artıq qadın namaz qıldığı halda, bir qadın digərlərinə imamlıq ede bilermi?
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Qadınlar öz aralarında camaat namazı qıla bilərlər. Ancaq kişilərdən fərqli olaraq qadın imam olanda camaatla eyni cərgədə (səfdə) durmalıdır.
ardını oxu
15-11-2017 ilahə
Allahın salamı olsun sizlərə.mənim övladım ana betninde boğazına cift iki defe dolanmağına görə əmaəliyyatla doğuldu.normal doğumla onun arasında savab fərqi varmı?öncədən təşəkkürlər.
Cavab:

Salam aleykum. Təbii doğuş ana üçün daha faydalıdır, lakin zərurət olduqda qeysəriyyə əməliyyatı etməkdə də bir maneə yoxdur və belə olan halda da ana eyni savabı qazanır.

ardını oxu
15-11-2017
Salam Men bir insanla munasibetdeyem.Yaxin munasibet.ama o ailelidir Namaz qilaraq bunu ede bileremmi? Bacardigca az munasibetde olurug Namaz qilarken o boyuk gunah sayilar yoxsa qilmazken lap gunah olar ?Yoxsa ikisindede eyni
Cavab:
Va aleykum Salam. Evli insanla zina etməyin günahı daha ağırdır. Allahdan qorxub bu günahdan dərhal tövbə edin! Həmçinin oxuyun:
ardını oxu
14-11-2017 Anar
Salam. “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” “Allah, Muhəmməd ya Əli!” demək şirkə yol açır? Bu kimi şüarlar ALLAHA şərik qoşmaq deməkdir? Əvvəlcədən təşəkkürlər!
Cavab:

Və aleykum Salam. Bəli, bu sözlər şirk olan kəlmələrdir. "Ləbbeyk, ya Əli!" dedikdə, Ey Əli, hüzurunda müntəzirəm" deməkdir. Bu da, yalnız Allah Təalaya şamil olunan və həcc mərasimində deyilən sözlərdir.

ardını oxu
14-11-2017 sahibe
Salam Men mualice olmaq isdeyirem..her defem tek sebr gelir boyuklermiz bize deyib ki.tek sebr bize dusmur.qalmisam bele nece edim
Cavab:
Va aleykum Salam. Tək səbirə, cüt səbirə və ya digər bu kimi əlamətlərə inanmaq İslam dinində qadağan edilmişdir. Daha ətraflı:
Uğursuzluq barədə
ardını oxu
14-11-2017 Elgun
Es Salamu alekum 7 qedem yeritmek islamda var?
Cavab:

Va aleykum Salam. Dinimizdə belə bir ayin yoxdur. Bu kimi inanclar bidət (dində yenilik) və xurafatdır. Həmçinin oxuyun: Bidət nədir?

ardını oxu

Pages