09-07-2018 abbasova
as salam aleykum .Allah sizdən razı olsun çox gözəl, rahat,aydın dini bizə başa saldığıvıza görə.Uca Allah sizə cənnəti nəsib etsin.İn şa Allah.sualım.Namaz qılarkən bəzən fikrim dağılır hansı rukətdə olduğumu unuduram və yaxud da ətəhiyyatı dediyib demədiyimi unuduram.o zaman namazı saxlayıb yeni
Cavab:
Va aleykum Salam.
1. Namazda səhv etdiyiniz zaman harada qalmısınızsa, oradan başlayın və sonda səhv səcdəsi edin. Həmçinin oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?
ardını oxu
25-06-2018 Iii
Salam Verdyim suali cavaplandirdinz ucun sagolun. Sualim 1 namzi bitrdikden sonra elmizi acarak dua edrik siz yazipsizki ele birsey yoxdu dinmizde 2. 2Insan bir birlerni sevirse onunla telefonla dansirsa. Fikirleride ciddidirse bu gunah saylirmi?
Cavab:

Va aleykum Salam.

ardını oxu
25-06-2018 Nergiz
Salam men uwaq vaxti namaz qilirdim sonra buraxdim bir nece ildi yene qiliram ve buraxdigim illerin qeza namazlarini qiliram bu duzdurmu? Evladim ucun qurban demiwem onu kesmek gunahdir? Namazdan evvel iqame deyirem coxu deyirki qadin iqame demez duzgun cavab yazin xahiw edirem qeza namazlarindada
Cavab:

Va aleykum Salam.

1. Namazı qəsdən buraxmaq ən böyük günahlardandır. Belə etmisinizsə, səmimi qəlbdən tövbə edərək çoxlu xeyirli əməllər edin və bir daha namazları buraxmayın. Üstündən uzun müddət keçmiş qəzaları qılmağa isə ehtiyac yoxdur. Həmçinin oxuyun:

ardını oxu
25-06-2018 Ruslan
Salam.Sizə bir sualım olacaq.Hansısa bir saytda oxumuşdum ki,cinsi əlaqədən sonra qüsul alınmazsa bədəndə olan paltarla insan tərləyərsə həmin paltar nəcis sayılır. Zəhmət olmasa öz fikrinizi bildirərdiniz. Əvvəlcədən Təşəkkürlər!
Cavab:

Və aleykum Salam. Cinsi əlaqədən sonra qüsl almaq vacibdir. Amma qüsl alınmadığı təqdirdə tərləyərkən əynimizdəki paltarın nəcisli olacağı ilə bağlı şəriətdə heç bir dəlil yoxdur, ona görə də həmin paltar nəcisli sayılmır. Daha ətraflı:

ardını oxu
24-06-2018 nermin
Orucken Süd vermek olarmi
Cavab:
Salam aleykum. Bəli, oruclu ikən qadın uşağını əmizdirə bilər və bu, orucu batil etmir. Həmçinin oxuyun:

Orucu pozan amillər hansılardır? 
ardını oxu
24-06-2018 Ağasəf Məmmədov
salam aleykum namaz qılanın yanında quranı sesli oxumaq ve ya sesli dua etmek olarmı? bu barade etraflı məlumat verərdiz zəhmət olmasa
Cavab:

Va aleykum Salam. Bəli, namaz qılan adamın yanında səsli şəkildə Quran oxumaq, zikr, dua etmək olar. Ancaq yaxşı olar ki, ona mane olmayacaq dərəcədə olsun ki, həmin adamın namazda fikirinin yayınmamasına səbəb olmayasınız. 

ardını oxu
24-06-2018 Rəşad
Salam aleykum,siz buyurursunuz ki, heç bir məzhəbi təbliğ etmirsiz və dəstəkləmirsiz, ancaq hədisdə də Peyğəmbərimiz (s.a.s) buyurub ki onun dini 73 yerə bölünəcək və onların yalnız biri doğru yoldadı, bəs o hansı məzhəbdi? Öncədən təşəkkürlər .
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Hansı məzhəbə inanaq?

ardını oxu
24-06-2018
Salam.Birinci sualım odur ki,istixarə namazı qıldığım vaxt Allaha sığınıb nəyin doğru olacağını bildirməsini istədikdə,qəlbimə doğru yolu salmasını istədikdə Allahu-Təala məni sınağa çəkməz düzdümü?
Cavab:
Va aleykum Salam.
ardını oxu
24-06-2018 Bəhlul
Əssələmu Aleykum varahmətullahi qardaşlar deməli bilməy istədiyim məsəslə Sələfi nə olduqunu bilirəm Yəni bəzi qardaşlar mən sələfiyəm deyir yaxşi olmazmi ki mən müsəlmanlardanam deyək yəni sələfi deyəndə bəzi savafsizlar bunlar vahabilərdi deyir?
Cavab:

Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.

ardını oxu
24-06-2018
Salam Aleykum.Türklerde üveyslik deyə bir şey var.zikrler edirler xüsusi yuxular görürler,qoxular hiss edirler.deqiq araşdırın bilessiz beıkede bilirsiz.bixim dildə ona ne deyirler?bu heqiqetdir?çünki mende etmek istiyirem.çox xahiş edirem mene etraflı melumat veresiniz
Cavab:

Va aleykum Salam. Bunun əsli sufilikdən gəlir və xurafatdan başqa bir şey deyil.

ardını oxu
24-06-2018 .
salam aleykum rehmetullahu ve bereketu mene deyrlerki namazin sozlerinin menasini bilmek lazmdi yeniki tercumesini cunki basa dusduyun yerler qebul olacaqdi oyrenmek lazmdi gerek ele deyrler mede namazda sozlerin deyrem ama tercumesini bilmrem deyrlerki guyaki qebul olmur namaz..birde men namazlarim
Cavab:

Va aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Namazın sözlərinin tərcüməsini bilməmək namazı batil etmir, amma namazda fikri toplamaq, Allahdan nə istədiyini bilmək üçün namazın sözlərinin mənasını bilmək lazımdır.

ardını oxu
20-06-2018 yasemen
Salam men hec namza qilmamisam indi bir defe qilsam gunah qazanarami
ardını oxu
20-06-2018
Qadin sürme sürtüb küceye cixa bilermi?
Cavab:

Salam aleykum. Qadın yalnız öz həyat yoldaşı və məhrəmlərin yanında bəzənə bilər. Sürmə çəkərək küçəyə çıxması isə qadağandır. Uca Allah buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.

ardını oxu
20-06-2018 Məhəmməd B
Salam.Mənim 14 yasim var.Mən durmadan gunah edirəm,yalan danisiram.Amma bundan sonra günahlarıma gore pesmancilig duyub tovbə edirəm.Mən çoxlu yalandab Allaha and içmişəm,ne qeder etdiyimi bilmirem.Allahin meni bagislamasi ucun ne etmeliyem?
Cavab:
Va aleykum Salam. Burada yazılanları edin:

Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

Həmçinin, oxuyun:
ardını oxu
20-06-2018 Ömər Bin Xəttab
əs sələmu aleykum və rəhmətullahi və bərəkətuh mənə Peyğəmbər(səllallahu aleyhi və səlləm) və səhabələrə olunan zülmlər haqqında insanların ONLARA VERDİYİ ƏZİYYƏTLƏR HAQINDA ALLAHIN onlara göndərdiyi imtahanı haqqında məlumat verin zəhmət olmasa və Bilal həbəşi haqqında insanların onların verdiyi ə
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərəkətuh.

ardını oxu
20-06-2018 Daimi oxucunuz
As selamu Aleykum va rahmatullah.erim çox soyuwler söyür ədəbsiz.onu heç cür islah etmək mümkün deyil Mene qarwi da hemiwe kobud davranıb uwaxlarima görə dözürəm ama sebrim də tükənib.yediyimiz yeməklərin də içinə söyür.ele olubki məcbur qalıb o yeməyi yemişik.soyulmuw yeməyi yemek duzgundurmu hələ
Cavab:

Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Söyüş söymək əxlaqa zidd olan günah əməllərdəndir. Uca Allah  buyurur: "Ey iman gətirənlər! Bir qövm digərini məsxərəyə qoymasın! Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar.

ardını oxu
19-06-2018 GULNARE
Salam sizden sonsuz derecede xahiş edrem mumkunse mene komek edin menim yoldaşim içkiye meyilli insandi men nece edimki onu ickiden omurluk diksindirim.ickisine nese atmaq ucun derman ve yaxud quranla mualice etmek mumkunmu?
Cavab:
Va aleykum Salam. Dini öyrənin, ibadətləri çoxaldın, evdə Quran oxuyun, dinləyin və digər əməllərlə evinizdə İslami abu-hava yaradın.
ardını oxu
19-06-2018
Salam.Kişi 2 ve ya 3 qadınla evlənir.Amma qadınların heç biri bu vəziyyətdən razı deyil,yeni xoşbəxt deyiller.. Kişi isə deyir ki, Allah 4 qadınla evlənməyimə izin verib.. Sizcə bu doğrudu? İslamda qadının yeri bu du?
Cavab:

Va aleykum Salam. Ədalətlə davranacağı təqdirdə kişinin bir neçə qadınla evlənə bilməsi Allahın hökmüdür. Allahın hökmü isə ən ədalətli və hamı üçün xeyirli olan hökmdür. O, buyurur: "...xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin.

ardını oxu
08-06-2018 Rəşad
Orucumu 03:20 bağlayıb yatmışam, Səhər saat 07:15 də yuxudan ayıldım ki, özümdən aslı olmayarağ yuxuda boşalmışam. xaiş edirəm bir cavab yazardız, orucum pozulub ya yox?
Cavab:

Salam aleykum. Xeyr, qeyd etdiyiniz hal orucu batil etmir. Daha ətraflı:

Yuxuda qeyri ixtiyari cünub olmaq və buna görə qüsl almaq orucu pozurmu?

ardını oxu
07-06-2018 Arzu
Salam aleykum. Qadın kişilərə imamlıq edə bilərmi?
Cavab:

Va aleykum Salam. Namazda qadın kişilərə imam ola bilməz. Qadın yalnız qadınlara imamlıq edə bilər. Ancaq bir şərtlə ki, kişilərdən fərqli olaraq namaz vaxtı qadın imam olanda camaatla eyni səfdə (cərgədə), ortada durmalıdır.

ardını oxu
07-06-2018 Elif
Salam.Demeli menim psixoloji prablemlerm olur hemse.bu defede beynmnen cixmr.deyrem oleceyk niye yasayrq.adi bir isi edendede deyrem olecem onszda edmesemde olar.qebrsanliq kecr aqlmnan oz defnmi dusnrem.ele olrko deyrem kaski men hec dunyaya gelmezdm yaranmazdm kaski.qebirde ozmu dusnrem.ozmde sank
Cavab:

Va aleykum Salam. Hər kəs öləcək, amma ölümə hazırlaşmaq üçün bizə verilmiş ömrü xeyirli əməllərə və Allahın razılığını qazanmağa çalışmaq lazımdır. Ürəyinizə gələn bu kimi fikirlər şeytanın vəsvəsələridir.

ardını oxu
07-06-2018 Bayramova Gunay
As salam aleykum.Bundan onceki suallarimi cavablandirdiginiz üçün Allah sizden razi olsun. Peygember(sallalahu aleyhi ve sellem)Quranla müaliceni biz müselmanlara tövsiye edib.Amma bu deqiqe kime ağiz açirsan sene qiymet oxuyur ve üstelik sehabelerin de ruqye qarsiliğinda 1 sürü qoyun istediyini de
Cavab:

Va aleykum Salam. İslam alimləri demişlər ki, bu barədə varid olan hədislərə görə ruqyə edib müqabilində pul götürməyə heç bir qadağa yoxdur.

ardını oxu
07-06-2018
Menim 19 yasim.var oruc tutacam ve orucluq ayinda Allahdan evlenmek isteyecem.xeyirli heyat yoldasi isteyecem Allah qebul edermi duami?
Cavab:
Salam aleykum. Bəli, çünki Ramazan ayında dua etmək duaların qəbul olması üçün ən əsas səbəblərdən biridir. Xüsusən də, son on günün tək gecələrində dualarınızı çoxaldın. Daha ətraflı:
ardını oxu
07-06-2018
saməd sözunun mənasi nədir
Cavab:

Salam aleykum. "əs-Saməd" Uca Allahın adlarından biri olub mənası da heç nəyə möhtac olmayan deməkdir. Uca Allah buyurur:

ardını oxu
07-06-2018 ayiwa
Salam aleykum Axi...ariqlamaq ucun oruc tutmaq icazelidir..?
Cavab:

Va aleykum Salam. Arıqlamaq niyyətilə ac qalmaqda, tutulan orucda savab əldə edilmir.

ardını oxu
07-06-2018 Leyladan
Oruc tutmagin vaxtlarin deye bilersinizmi 2018 ilin
Cavab:

Salam aleykum. Bunun üçün saytımızın ana səhifəsindəki namaz təqvimindən istifadə edə bilərsiniz. Orada imsak (sahur) və iftarın vaxtı da göstərilib. Həmçinin oxuyun: Ramazan ayının orucu

ardını oxu
07-06-2018 ....
Salam.iftara 2,3 dəqiqə qLmış qadın heyz olarsa həmin gün qəza satılırmı
Cavab:
Va aleykum Salam. Qeyd etdiyiniz halda oruc batildir və Ramazandan sonra həmin gün də daxil olmaqla buraxdığı günlərin sayı qədər qəzasını tutmalıdır. Daha ətraflı:
ardını oxu
07-06-2018 Anonim
Salam... Oruc oldugun halda spermaqrammadan analiz vermek orucu pozurmu???
Cavab:
ardını oxu
07-06-2018 Lll
Salam men bir ay deyilki emeliyyat olmusam.men oruc tuta bilerem?
Cavab:

Va aleykum Salam. Xəstə və səfərdə olanlardan başqa hər kəs oruc tutmalıdır, əks halda günah qazanır. Həkim icazə versə oruc tutun, əks halda sağaldıqdan sonra tutarsınız.

ardını oxu
07-06-2018
Salam.hamiləlik yeni pozulubsa oruc tutmaq olarmı?
Cavab:

Va aleykum Salam. Əgər bu pozulma hamiləliyin 81 günündən sonra olubsa, bu zaman axan qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər oruc tutulub namaz qılınmır. Nifas (doğuşdan sonra axan qan -- ən uzun müddəti qırx gün olur).

ardını oxu
07-06-2018
Mene çox Maraqlı gelir niye sularımın heç birinie cavab yazmırsız etrafmda sorşacaq heç kes yoxdu dinle derin muelmatı olan
Cavab:

Salam aleykum. Qaydalara uyğun olan bütün suallar cavablandırılır, sadəcə suallar çox olduğundan göndərilən sualın cavablandırılması uzun müddət çəkə bilər.

ardını oxu
07-06-2018 xedice
salam aleykum men ramazan ayinda oructutmusam vesvese gelir ki poz orucunu.mene ureyimde pozdum sozunu dedirtdirir.bele halda orucum pozulurmu? cunki orucu pozmaga niyyetlenende oruc pozulur deye bilirem. bir de men ureyimde bele vesveselerden hirslenib pozulursa pozulsun dedim sonra pesman oldum.
Cavab:

Va aleykum Salam. Qeyd etdiyiniz hal şeytanın vəsvəsə üsullarından biridir. Vəsvəsə ilə mübarizə aparmaq yox, ona əhəmiyyət verməmək lazımdır. Sizə belə fikirlər gəldikdə fikir verməyərək orucunuza davam edin. Daha ətraflı:

ardını oxu
07-06-2018 fidan
Salam oruc tutmag ucun qusul alinmalidirmi?
Cavab:

Salam aleykum. Xeyr, oruc tutanda qüsl və ya dəstəmaz almaq vacib deyil. Qüsl və dəstəmaz almaq namaz üçün vacibdir. Daha ətraflı:

Orucu pozan amillər hansılardır?

ardını oxu
07-06-2018 Aqşin
Salam aleykum Qedr gecesi ne vaxti??
ardını oxu
07-06-2018 Hesen Verdiyev
Salam qedr gecesinde 100ruket namaz nece qilinir ve ehya nece saxlanilir?
Cavab:

Va aleykum Salam. Əyhə deyilən söz oyaq qalmaq deməkdir. Bu gecənin adı isə Qədr gecəsidir. Həmin gecələrdə oyaq qalaraq Quran oxumaq, Allaha dualar, zikrlər etmək, nafilə namazlar qılmaq və s. ibadətlərlə keçirtmək savabı olduqca böyük olan əməllərdəndir.

ardını oxu
07-06-2018 Saleh
Salamun Aleykum.Sizdən bir şey xahiş edim.Zəhmət deyilsə mənim üçün Tur surəsinin ərəbcə oxunuşunu yazardız.
Cavab:

Va aleykum Salam.

ardını oxu
07-06-2018
Salam.Men Namaz qiliram ve qilmaq isdeyirem amma yoldasi bilmir qikiram bilmeyinide isdenirem.Namaz qikdiqimi yoldasim bikmesiyi ucunde vaxdi vaxdinda Namzaimi qila bilmirem.Bu gunahdirmi?Ve ya qildiqim Namaz batildirmi
Cavab:
Va aleykum Salam. Əgər mümkün deyilsə, namazları heç kəsin görmədiyi otaqda qıla bilərsiniz və bu, namazı batil etmir. Allaha çoxlu dua edin ki, ərinizə hidayət versin və kefi yaxşı olan vaxtlarda onu haqqa dəvət edin. Daha ətraflı:
ardını oxu
07-06-2018 BENDE
salam aleykum.bir sevmediyim qiz mene cox yaxinliq edir dilinde soz qalmir yalancidir.men ona menden uzaq dur desem bu qelb qirmaq ve gunah sayilarmi?ve qiz hecde terbiyeli deyil ve onun haqqinda xosagelmez sozler danisirlar.yeni demeyim odurki men ona soz desem qelbine deyerse gunahdirmi?cavablarin
Cavab:

Va aleykum Salam. Əxlaqsız insanlardan kobudluq etmədən, tədricən uzaqlaşmaq hər bir müsəlmana vacibdir. Daha ətraflı: Dostun səni günaha aparırsa, nə etməli?

ardını oxu
07-06-2018
salam.size 2 sualim var.1xristian ve yehudilere rehmet oxuya bilerik?onlarin mezarina gede bilerik ve ya defninde istirak ede bilerik dua oxuya bilerik?2deyirler ki, peygember efendimiz xristian ve yehudilere yaziq gelmeyi qadagan edib,yeni onlara bir facie bas verse yazigimiz gelmemelidir gunaha gi
Cavab:

Va aleykum Salam. Ümumiyyətlə qeyri-müsəlmanlar üçün Allahdan yalnız hidayət istəmək olar, rəhmət, bağışlanma diləmək və həmçinin də qəbirlərini ziyarət etmək isə olmaz.

ardını oxu
07-06-2018 Allahın qulu
salam aleykum.1.Men her bır seyde sebırlıyem.Buna gore mene savab varmı.Yenı basıma cetınlık gelse sebr ederem.2.Menım atam anamla mubahıse edende el qaldırır herden pıs doyur.Artıq men doze bılmırem qarsı gelmek ısteyırem.Bu gunah ola bılermı.3.Bır kısı oz arvadını basqa bır kısıye verse ona ezab v
Cavab:

Va aleykum Salam.

ardını oxu
07-06-2018
Salam Aleykum.Men evlanmak istayiram şəriətin qoyduğu qaydalarla ve özüm tapdığım ibadət edən qadinla,lakin mende evda valideyinlərim buna qarşıdı deyirlərki biz dediyimiz qadinla evlənəcəksən,mən özüm bildiyim qadinla mənim dünyam və axirətim üçün xeyirli olan qadinla evlənmək istəyirəm gözəl tərzd
Cavab:
Va aleykum Salam. Əgər oğlanın sevib evlənmək istədiyi qadın dini və dünyəvi baxımdan nöqsanlı deyilsə, valideynlərin buna qarşı çıxmağa və övladlarını sevmədiyi biri ilə evlənməyə məcbur etməyə haqqı yoxdur.
ardını oxu
07-06-2018
Salam aleykum.Bildiyimiz kimi dünyanın bəzi yerlərində 6 ay gecə 6 ay gündüz olur.Həmin yerlərdə namaz vaxtları necə müəyyən edilir?Bu barədə geniş izah yazsanız sevinərdim.Əvvəlcədən təşəkkürlər.
Cavab:

Va aleykum Salam. Qeyd etdiyiniz ölkələrdə yaşayan müsəlmanar namazlarını onlara ən yaxın, normal gündüz və gecə olan şəhərin namaz vaxtlarına uyğun qılmalıdırlar.

ardını oxu
26-05-2018
Biri ile yazışmaq xeyanet sayılır mi?
Cavab:
Salam aleykum. Evli insanın naməhrəmlə yazışması öz həyat yoldaşına xəyanət sayılır və zinaya, Cəhənnəm əzabına aparan yoldur. Bu əməldən tövbə edərək ona aparan vasitələrdən uzaqlaşmaq və xeyirli işlərə vaxt sərf etmək lazımdır. Daha ətraflı:
ardını oxu
26-05-2018 amir
Salam aleykum va raxmatullah bilmek isteuiremki zina haramdir bunu bilirem boyuk gunahdir bes zina deyerken hansjlar nezerde tutulur eger niyyeti evlenmek ucundurse yeni evlenkek ucun yazisirlarsa gorusmurlerse zina sayilir eger gkrusmurlerse ve telce yasisirlarsa odaki niyyeti vaxt kecirmej deyul e
Cavab:

Va aleykumus-Sələm və rahmətullah. Hər bir halda naməhrəm oğlan və qızın yazışmaları düzgün deyil. Evlənmək niyyəti ilə bir neçə dəfə təklikdə qalmamaq şərtilə (məsələn, başqalarının gördüyü, amma söhbətinizi eşitmədiyi bir yerdə) görüşüb söhbət etmək isə icazəlidir.

ardını oxu
26-05-2018 Uxti
As salam aleykum ve rahmetullahi ve bareketuh. İlk önce suallara esaslı şekilde verilen cavablara göre ALLAH sizden razı olsun. Sualım beledir;Bir bacı turk vetendaşı ile şekilde bir birilerin görüb beyenibler.
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Əgər qızın valideynləri qızının həmin adamla ailə qurmasına razı deyillərsə, oğlanın belə deməsinə baxmayaraq, onun qızın üzərində heç bir haqqı yoxdur.
ardını oxu
26-05-2018
Salam, ələykum. 1) Namaz qılan toya gedə bilər? 2) Namaz qılan bəzənə bilər?
Cavab:
Va aleykum Salam.
1. Bu cavabları oxuyun:
Toya getmək olarmı?
Müsəlman toyu necə olmalıdır?
ardını oxu
26-05-2018
Salam.Menim ve yoldaşımın heç bir işi düz getirmir.evde hrmişe dava qırğındı sebebsiz yere.bir refiqem meni baxıcının yanın apardı.baxıcı dediki bize cadu olunub.dua yazdı.duanın kömeyi olmadı.indi heyatım dahada çetin olub.yene baxıcının yanına getmek istemirem.Allaha şerik qoşmağa qorxuram.cadudan
Cavab:
Va aleykum Salam. Hər kəsin həyatında işlərinin yaxşı və pis getdiyi vaxtlar olur. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver". (əl-Bəqərə, 155).
ardını oxu
26-05-2018 Taryel
salam aleykum.Mene deye bilersiniz sehabeler kimin yoluyle gedibler?Daha deqiq desek bu hedisin sehihliyi ve ya menasi sehabelerin duz yolda olmadigina getirib cixarmir ki?Yeni ki.eger selefiler sehabelerin yolu ile gedirlerse,onlar da peygember s.a.s in yolunda olublarsa ne problem var ki? Özlər
Cavab:
Va aleykum Salam. Qeyd etdiyiniz hədis səhihdir, səhabələr Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yolu ilə gediblər.
ardını oxu
26-05-2018 DENİZ
Salam.mən quran kitabını azərbaycan dilində olanını oxumağı çox istəyirəm.və bir tanışda var bu kitab.mən hələ ala bilməmişəm.və oxumağı da istədiyim üçün ondan xahiş etdim ki bir iki həftəlik kitabı verərdi mənə Ama dediki deyilənlərə görə evdən quran kitabını çıxarmaq olmaz.ay günahdı filan filan
Cavab:

Va aleykum Salam. Bu fikir xurafatdır, Quranı başqasına oxumaq üçün vermək savabdır.

ardını oxu
26-05-2018
salam aleykum goyercin saxlamaq gunahdi yoxsa yox
Cavab:

Va aleykum Salam. Göyərçin quşbazlıq səviyyəsində deyilsə, bunda bir qəbahət yoxdur. Quşbazlıq edib evlərin damlarına quş tutmaq üçün çıxmaq və quşbazlığa aludə olmaq qadağan edilmişdir.

ardını oxu

Pages